Yuxarı

TQDK kolleclərin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb

1 077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, boş qalan 1 220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5 629 abituriyent ərizə təqdim edib. Onlardan 1 077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olanlar sentyabrın 6-dan 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi