Yuxarı
    Bağlamaq

    TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının vaxtını açıqlayıb

    Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər

    Bakı. 26 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

    TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu mərhələdə 2016-cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.

    Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi