TQDK iyunun 6-da keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb

TQDK iyunun 6-da keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb Şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında tanış ola bilərlər
Elm və təhsil
8 İyun , 2015 15:38
TQDK iyunun 6-da keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirdiyi buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak edən şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. Həmin linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Son xəbərlər

Orphus sistemi