Yuxarı

TQDK ilk sınaq imtahanının nəticələrini açıqlayıb

Qeydiyyatdan keçən 48 343 abituriyentdən 2 231 nəfəri imtahana gəlməyib, 10 abituriyentin imtahan nəticələri ləğv edilib

Bakı. 9 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 5-də keçirilən ilk sınaq imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, ilk sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 48 343 abituriyentdən 2 231 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46 102 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi