TQDK I qrup üzrə keçid balları artırılan ixtisasların adlarını açıqlayıb

TQDK I qrup üzrə keçid balları artırılan ixtisasların adlarını açıqlayıb Minimal bal 300 təyin olunub
Elm və təhsil
12 May , 2015 13:14
TQDK I qrup üzrə keçid balları artırılan ixtisasların adlarını açıqlayıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda bu il I qrup üzrə keçid balları artırılan ixtisasların adları açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyindən daxil olan təklifi nəzərə alaraq, 2015/2016-cı tədris ilində bir neçə ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Bu il geologiya ixtisası üzrə müsabiqədə iştirak üçün tələb olunan minimal bal 300, kompüter elmləri üzrə 300, elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi üzrə 250, informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə 250, inşaat mühəndisliyi üzrə 250, nəqliyyat tikintisi mühəndisliyi üzrə 250 bal olacaq. 

Son xəbərlər

Orphus sistemi