TQDK əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb

TQDK əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb İmtahanda iştirak etmək üçün sənəd verən 16 071 abituriyentdən 1 010 nəfəri imtahana gəlməyib
Elm və təhsil
19 May , 2015 16:57
TQDK əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb

Bakı. 19 may. REPORT.AZ/ TQDK mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a bildirilib ki, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd verən 16 071 abituriyentdən 1 010 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 15 061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15 026 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi