Yuxarı
    Bağlamaq

    TQDK: Elnur Nağızadənin yerinə təyinatın olması uzun vaxt tələb edir

    Elnur Nağızadə təxminən bir ay bundan əvvəl ailədaxili problemlərini əsas gətirərək işdən ayrılıb

    Bakı. 8 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) işdən azad olunan mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin yerinə təyinatın olması uzun vaxt tələb edir. Bu barədə "Report"a Komissiyadan məlumat verilib.

    Məlumata görə, yeni təyinat üçün TQDK ilk olaraq müsabiqə elan etməlidir: "Bunun ardınca müsahibə mərhələsi olmalıdır. Yalnız bu mərhələlərdən sonra Elnur Nağızadənin yerinə təyinat gerçəkləşə bilər. Hazırda Komissiyanın mətbuat xidmətinin rəhbərini heç kim əvəz etmir".

    TQDK-dan verilən məlumata görə, E.Nağızadə ərizə yazaraq vəzifəsindən azad edilməsini istəyib və onun xahişi qəbul olunub: "Elnur Nağızadə təxminən bir ay bundan əvvəl ailədaxili problemlərini əsas gətirərək işdən ayrılıb".

    Qeyd edək ki, E.Nağızadə 5 ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi