Yuxarı
    Bağlamaq

    TQDK: Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır

    Elnur Nağızadə dekabr ayının ortalarında işdən azad olunub

    Bakı. 3 fevral. REPORT.AZ/ "Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

    Məlumatda qeyd olunub ki, TQDK-nın mətbuat xidmətinin keçmiş əməkdaşı Elnur Nağızadə noyabr ayında əmək məzuniyyətinə çıxması və məzuniyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edib: "Bununla əlaqədar noyabr-dekabr aylarında növbəti əmək məzuniyyətində olub və məzuniyyətdən qayıtdıqdan sonra dekabr ayının ortalarında işdən azad olunub".

    Qeyd edək ki, TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. “Report”un xəbərinə görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

    Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

    Xatırladaq ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi