Yuxarı
    Bağlamaq

    TQDK Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan edib

    Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər

    Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan olunub.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Mexanika mühəndisliyi” , “Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi”, “Dövlət və bələdiyyə idarə etməsi” ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

    Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

    Qeydiyyat Dövlət Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30 ).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi