Yuxarı

TQDK cəzaçəkmə müəssisələrində olan məzunların yekun qiymətlərini açıqlayıb

Xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub

Bakı. 18 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak edən 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətlər çıxarıb.

TQDK-dan “Report”a verilən məlumata görə, buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə 4 nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə 6 nəfər xarici dil fənnindən “4” və “5” qiymətləri alıb.

Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi