Yuxarı

TQDK buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

“Report”un xəbərinə görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak edən hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi