TQDK buraxılış imtahanının zonalar üzrə keçirilmə qrafikini açıqlayıb

TQDK buraxılış imtahanının zonalar üzrə keçirilmə qrafikini açıqlayıb İmtahan iyunun 2, 6, 11,16-də keçiriləcək
Elm və təhsil
15 May , 2015 13:28
TQDK buraxılış imtahanının zonalar üzrə keçirilmə qrafikini açıqlayıb

Bakı. 15 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üzrə orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada baş tutacaq buraxılış imtahanının zonalar üzrə keçirilmə vaxtını açıqlayıb. TQDK-dan "Report"a verilən məlumata görə, buraxılış imtahanı iyun ayının 2, 6, 11,16-sı keçiriləcək.

Məlumatda bildirilib ki, buraxılış imtahanı iyunun 2-də Bakıda, 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron, 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən, 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi