TQDK qəbul və buraxılış imtahanlarının vaxtını açıqlayıb - SİYAHI

TQDK qəbul və buraxılış imtahanlarının vaxtını açıqlayıb - SİYAHI Bakıda buraxılış imtahanı iyunun 2-də olacaq
Elm və təhsil
23 Fevral , 2015 15:33
TQDK qəbul və buraxılış imtahanlarının vaxtını açıqlayıb - SİYAHI

Bakı. 23 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarıxlərini açıqlayıb. "Report" həmin cədvəli təqdim edir:

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
- ərizə qəbulu - 03- 12 fevral
- qəbul imtahanı - 1-ci mərhələ 22 fevral
- proqram seçimi - 01- 10 aprel
- qəbul imtahanı - 2-ci mərhələ 26 aprel
- ixtisaslaşma seçimi - 07- 12 may
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 22- 28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
- ərizə qəbulu - 16- 23 fevral
- qəbul imtahanı (1-ci mərhələ) - 15 mart
- qəbul imtahanı (2-ci mərhələ) - 07 iyul
- ixtisaslaşma seçimi - 10- 14 iyul
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 21- 24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
05, 12, 19 aprel, 3 may

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
- ərizə qəbulu (I- IV qruplar) - 01- 30 aprel
- ərizə qəbulu (V qrup) - 05- 18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) - 15– 30 aprel
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 06- 19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01- 31 mart

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may
- qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may
- qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul
- qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul- 05 avqust
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul- 05 avqust
- ixtisas seçimi (I- V qruplar) - 30 iyul- 11 avqust
- boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) - 14- 19 avqust

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
- ərizə qəbulu - 05 – 18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 06 – 19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01- 31 mart
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 1-ci imtahan - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 2-ci imtahan - 07 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 15 iyul- 05 avqust
- ixtisas seçimi - 14- 19 avqust
- boş qalan yerlərə ixtisas seçimi - 27- 31 avqust

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
- ərizə qəbulu - 01-31 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat - 20 may- 02 iyun
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 07- 11 iyul
- ixtisas seçimi - 08- 15 iyul
- boş qalan yerlərə ixtisas seçimi - 01- 10 avqust

Buraxılış imtahanları:
- Peşə liseyləri - 15 mart
- 1-ci istiqamət (Bakı) - 02 iyun
- 2-ci istiqamət (region) - 06 iyun
- 3-cü istiqamət (region) - 11 iyun
- 4-cü istiqamət (region) - 16 iyun
- Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı:- Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə -
02 iyul

Monitorinq imtahanları: 6 və 7-ci siniflər - 6, 7 aprel (region); 9, 10 aprel (Bakı).
11-ci sinif - 15, 16, 17 aprel (Bakı); 20, 21 aprel (region).

Son xəbərlər

Orphus sistemi