Yuxarı

TQDK: Bu il yalnız Azərbaycan Tibb Universitetində magistratura üzrə plan yerləri tam dolub

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə aiddir

Bakı. 16 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatları açıqlayıb. 

TQDK-dan “Report”a verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24 110 bakalavr qeydiyyatdan keçib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5 184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5 142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1 395 (18.95%) yer olmaqla ümumilikdə 7 362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 47 69 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2 209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2 593-ü (35.22 %) boş qalıb.

Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Univeristeti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29%) aiddir.

Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Magistraturaya qəbul olanların sayı haqqında məlumat

Qəbul planı Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma faizi Vakant yerlərin
Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi sayı (faizi)
7362 4312 (2059) 457 (150) 4769 (2209) 64.78 2593 (35.22)
Ali təhsil müəssisələrinin (dövlət və özəl) magistratura səviyyəsinə qəbul olan bakalavrların sayı haqqında məlumat
Ali məktəbin adı Qəbul planı Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma faizi
Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi
1 Bakı Dövlət Universiteti 772 542 (431) 75 (35) 617 (466) 79.92
2 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 518 358 (211) 91 (27) 449 (238) 86.68
3 Azərbaycan Texniki Universiteti 374 207 (121) 14 (2) 221 (123) 59.09
4 Azərbaycan Memarlıq və İnşaat Universiteti 277 156 (107) 20 (9) 176 (116) 63.54
5 Azərbaycan Tibb Universiteti 15 14 (14) 1 (1) 15 (15) 100.00
6 Azərbaycan Dövlət Pedaqoji Universiteti 501 456 (164) 7 (0) 463 (164) 92.42
7 Azərbaycan Dövlət İqtisad Universiteti 1802 1134 (286) 182 (27) 1316 (313) 73.03
8 Azərbaycan Dillər Universiteti 201 122 (67) 12 (6) 134 (73) 66.67
9 Bakı Slavyan Universiteti 157 67 (25) 14 (5) 81 (30) 51.59
10 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 76 52 (45) 10 (5) 62 (50) 81.58
11 Bakı Musiqi Akademiyası 40 31 (22) 5 (5) 36 (27) 90.00
12 Azərbaycan Milli Konservatoriyası 34 29 (11) 0 (0) 29 (11) 85.29
13 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 66 39 (22) 3 (0) 42 (22) 63.64
14 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 48 32 (23) 9 (6) 41 (29) 85.42
15 Azərbaycan Turizm və Menecment Universiteti 96 63 (16) 10 (3) 73 (19) 76.04
16 Bakı Xoreoqrafiya Akademiyası 38 10 (0) 2 (1) 12 (1) 31.58
17 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 18 12 (12) 0 (0) 12 (12) 66.67
18 Milli Aviasiya Akademiyası 76 37 (24) 19 (11) 56 (35) 73.68
19 Azərbaycan Dövlət Dəniz Akademiyası 25 14 (10) 1 (0) 15 (10) 60.00
20 Azərbaycan Milli Elmlər Akademiyası 63 56 (56) 0 (0) 56 (56) 88.89
21 Naxçıvan Dövlət Universiteti 200 126 (27) 0 (0) 126 (27) 63.00
22 Naxçıvan Müəllimlər İnstitutu 35 23 (4) 0 (0) 23 (4) 65.71
23 Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) 208 165 (98) 4 (2) 169 (100) 81.25
24 Gəncə Dövlət Universiteti 249 189 (68) 0 (0) 189 (68) 75.90
25 Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.) 74 30 (15) 0 (0) 30 (15) 40.54
26 Sumqayıt Dövlət Universiteti 229 134 (18) 0 (0) 134 (18) 58.52
27 Mingəçevir Dövlət Universiteti 32 19 (4) 0 (0) 19 (4) 59.38
28 Lənkəran Dövlət Universiteti 68 40 (4) 0 (0) 40 (4) 58.82
29 Fövqəladə Hallar Nazirliyinin Akademiyası 13 11 (11) 0 (0) 11 (11) 84.62
30 Azərbaycan Kooperasiya Universiteti 80 20 (0) 0 (0) 20 (0) 25.00
31 "Azərbaycan" Universiteti 30 10 (0) 0 (0) 10 (0) 33.33
32 Qərb Universiteti 80 23 (1) 6 (1) 29 (2) 36.25
33 Xəzər Universiteti 209 64 (12) 12 (1) 76 (13) 36.36
34 "Qafqaz" Universiteti 302 273 (125) 13 (4) 286 (129) 94.70
35 Bakı Avrasiya Universiteti 70 10 (0) 0 (0) 10 (0) 14.29
36 Bakı Qızlar Universiteti 30 8 (0) 0 (0) 8 (0) 26.67
37 "Odlar Yurdu" Universiteti 177 48 (0) 5 (0) 53 (0) 29.94
38 Bakı Biznes Universiteti 64 27 (0) 1 (0) 28 (0) 43.75
39 "Naxçıvan" Universiteti (Naxçıvan şəhəri) 15 8 (0) 0 (0) 8 (0) 53.33
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi