TQDK: Bu il 112 nəfər nəzarətçi müəllim bazadan uzaqlaşdırılıb

TQDK: Bu il 112 nəfər nəzarətçi müəllim bazadan uzaqlaşdırılıb "776 nəzarətçi müəllim yaxşı nəticə göstərib, onlardan 25-nin təltif edilməsi nəzərdə tutulub"
Elm və təhsil
2 Fevral , 2016 11:35
TQDK: Bu il 112 nəfər nəzarətçi müəllim bazadan uzaqlaşdırılıb

Bakı. 2 fevral REPORT.AZ/ "112 nəfər nəzarətçi müəllim bu il TQDK-nın bazasından uzaqlaşdırılıb". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Adıgözəl Həbibov deyib.

Onun sözlərinə görə, hazırda 15 minə yaxın nəzarətçi müəllim var və bu rəqəm bütün şəhər və rayonları əhatə edir: "Nəzarətçi müəllimlərin 1330 nəfəri seminar məşğələlərdə iştirak edib. Hazırda 1000-ə yaxın imtahan rəhbəri var, onlar müəllimlərə nəzarət edir, qiymətləndirir".
Sektor müdiri bildirib ki, nəzarətçi müəllimlər üçün praktiki mərhələ sınaq imtahanıdır: "Bu ilin nəticələrinə görə 776 nəzarətçi müəllim yaxşı nəticə göstərib, onlardan 25-nin təltif edilməsi nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi