TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb

TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb Komissiyaya iyulun 27-də saat 10-dan 17-dək şəxsən müraciət etmək olar
Elm və təhsil
27 İyul , 2015 10:36
TQDK abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin məzunları üçün keçirilən 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 27-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi