TQDK: "Ali məktəblərə qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmalıdır"

TQDK: "Ali məktəblərə qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmalıdır" "Hələlik nazirlik tərəfindən həmin qaydalar təsdiqlənməyib"
Elm və təhsil
6 Fevral , 2015 17:49
TQDK: Ali məktəblərə qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmalıdır

Bakı. 6 fevral. REPORT.AZ/ "Cari ildə Azərbaycanda keçiriləcək ali məktəblərə qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmalıdır. Hələlik nazirlik tərəfindən həmin qaydalar təsdiqlənməyib". "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi həmin qaydalara imza atan kimi tarixlər barədə ictimaiyyətə geniş məlumat veriləcək: "Bakıda buraxılış imtahanlarının nə vaxt keçiriləcəyinə gəlincə, bununla bağlı qaydalar təsdiq olunandan sonra məlumat veriləcək. Qaydalar təsdiq olunmadan hansısa tarixi demək düzgün olmazdı".

O, həmçinin qeyd edib ki, TQDK magistratura, rezidentura və sınaq imtahanlarının vaxtını dəqiqləşdirib.

Son xəbərlər

Orphus sistemi