Yuxarı

TQDK abituriyentlərin öz valideynlərini aldatmasının qarşısını alacaq

Hansısa regionda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirilə bilər

Bakı. 29 yanvar. REPORT.AZ/ “Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçiriləcək sınaq imtahanlarının hamısı təkrarsız olacaq”. “Report” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədrinin sözlərinə görə, hələlik təkrar sınaq imtahanlarının keçirilməsinə ehtiyac görülmür: “Çünki təkrar sınaqlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman valideynlərinə öz bilik səviyyəsi haqqında yanlış məlumat vermək üçün müraciət edirlər. Bütün bunları nəzərə alaraq, sınaq imtahanlarının sualları təkrar olmayacaq”.

O, həmçinin əlavə edib ki, tələbat olduğu təqdirdə, hansısa regionda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi