Yuxarı
    Bağlamaq

    TQDK 9-cu sinif şagirdlərinə müraciət edib

    Onlar buraxılış imtahanına gələrkən təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən fotoşəkilli arayış da gətirməlidirlər

    Bakı. 27 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu sinif şagirdlərinə müraciət edib. TQDK-dan "Report"a verilən xəbərə görə, buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə yanaşı, təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən fotoşəkilli arayış da gətirməlidirlər.

    Həmin arayışda yer alan şagirdin fotosu təhsil müəssisəsinin rəhbəri tərəfindən mütləq möhürlə təsdiqlənməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi