TQDK 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materialları dərc edib

TQDK 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materialları dərc edib Kitabçalar yaxın vaxtlarda pulsuz olaraq təhsil şöbələrinə paylanacaq
Elm və təhsil
18 Mart , 2016 15:35
TQDK 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materialları dərc edib

Bakı. 18 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Məleykə Abbaszadənin bilavasitə rəhbərliyi ilə 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb. TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təhlilin yekunları "Abituriyent" jurnalının 12-ci sayında elektron formada təhsil ictimaiyyətinin istifadəsinə təqdim olunub. 

Jurnal müxtəlif dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, ali təhsil müəssisələrinə və təhsil ekspertlərinə göndərilib.

TQDK tərəfindən ali və orta ixtisas təhsilinin müxtəlif səviyyələrinə, o cümlədən magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının, həmçinin ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb.

Araşdırmanın tərkib hissələri kimi "Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili", "Qəbul imtahanlarının nəticələrinin gender aspektləri", "Neft-qaz profilli ixtisaslar statistikada" (1992-2015-ci illər) və "Kənd təsərrüfatı profilli ixtisaslar statistikada" adlı kitabçalar nəşr edilib. 

Bunlarla bərabər, ölkənin hər bir rayonunun məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar da hazırlanıb. Bu kitabçalar yaxın vaxtlarda pulsuz olaraq təhsil şöbələrinə paylanacaq.

"Bu təhlil təhsilin müxtəlif pillələrində mövcud vəziyyət haqqında məlumatlar əldə etmək və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq üçün bir mənbədir", - deyə TQDK-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi