TQDK 2015-2016-cı illərdə keçirəcəyi SAT imtahanlarının vaxtını açıqlayıb

TQDK 2015-2016-cı illərdə keçirəcəyi SAT imtahanlarının vaxtını açıqlayıb Artıq imtahanlara qeydiyyat başlayıb
Elm və təhsil
30 İyun , 2015 17:26
TQDK 2015-2016-cı illərdə keçirəcəyi SAT imtahanlarının vaxtını açıqlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-2016-cı illərdə keçirəcəyi akademik qiymətləndirmə testi (SAT) imtahanlarının vaxtını açıqlayıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Bu il SAT imtahanları oktyabrın 3-də və dekabrın 5-də keçiriləcək.

2016-cı ildə isə SAT imtahanları yanvarın 23-ü, mayın 7-si və iyunun 4-də olacaq. 

Artıq SAT imtahanlarına qeydiyyat başlayıb.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

Son xəbərlər

Orphus sistemi