Tovuzda yanan məktəbin şagirdləri təhsillərini tibb məntəqəsində davam etdirəcək - FOTO

Tovuzda yanan məktəbin şagirdləri təhsillərini tibb məntəqəsində davam etdirəcək - FOTO Yeni tədris ilində Alakol kəndində yeni məktəb binası inşa ediləcək
Elm və təhsil
3 May , 2016 14:50
Tovuzda yanan məktəbin şagirdləri təhsillərini tibb məntəqəsində davam etdirəcək - FOTO

Bakı. 3 may. REPORT.AZ/ Ötən gün yanaraq yararsız hala düşən Tovuz rayon Nurəddin Sadıqov adına Alakol kənd orta məktəbinin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirəcəklər. 

Bunu "Report"un Qərb bürosunun müxbirinə rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov deyib.

O bildirilib ki, kənd tibb məntəqəsinin 2-ci mərtəbəsi dezinfeksiya edilib və məktəbin invertarları ora daşınıb: "Mayın 4-dən etibarən məktəbin şagirdləri həmin binada təhsillərini davam etdirəcəklər. Yanan məktəbə Təhsil Nazirliyinin əməkdaşları da baxış keçiriblər. Yeni tədris ilində Alakol kəndində yeni məktəb binası inşa ediləcək". 

Son xəbərlər

Orphus sistemi