​Tovuzda amerikalı yazıçı Tomas Qoltsun “Azərbaycan Gündəliyi” kitabı təqdim olunub

​Tovuzda amerikalı yazıçı Tomas Qoltsun “Azərbaycan Gündəliyi” kitabı təqdim olunub Kitab ingilis və Azərbaycan dillərində nəşr olunub
Elm və təhsil
28 May , 2016 08:43
​Tovuzda amerikalı yazıçı Tomas Qoltsun “Azərbaycan Gündəliyi” kitabı təqdim olunub

Tovuz. 28 may. REPORT.AZ/ Amerikalı yazıçı Tomas Qoltsun “Azərbaycan Gündəliyi” kitabı Tovuzda oxuculara təqdim olunub.

"Report" xəbər verir ki, kitab Amerikanın Azərbaycandakı səfirliyi və Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə çap olunub.

Azərbaycana 1991-cı ildə gələn kitab müəllifinin səfəri ölkədə siyasi böhran, Qarabağ müharibəsi dövrünə təsadüf edib. Jurnalist həmin vaxt Naxçıvanda olan Heydər Əliyevlə görüşüb, eyni zamanda cəbhə bölgəsinə səfər edib. Daha sonra Tomas Qolts “Azərbaycan Gündəliyi” adında kitab yazıb. Kitab müəllifi oxuculara əsərində toxunduğu faktlar və tarixi hadisələr haqqında danışıb. Tomas Qolts kitabı imzalayaraq oxuculara təqdim edib.

Qeyd edək ki, “Azərbaycan Gündəliyi” ingilis və Azərbaycan dillərində nəşr olunub.

Son xəbərlər

Orphus sistemi