Yuxarı

"Total" şirkətinin Azərbaycan təmsilçisi Bakı Ali Neft Məktəbində olub

Şirkətin ixtisaslı kadrları BANM tələbələri üçün mühazirələr təşkil edəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Fransanın "Total" şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş icraçı direktoru və ölkə üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub. "Report" xəbər verir ki, bu barədə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu Ali Məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb.

O, BANM-in Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi təcrübə keçdiklərini və "Total”ın Məktəbin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu deyib.

Rektor Elmar Qasımov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət etdi və bunun tələbələr üçün faydalı olacağını bildirib.

“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru və təmsilçisi Denis Lemarşal Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açaraq ikitərəfli əlaqələrin BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, BANM və Fransanın “Total”şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi