Tofiq Hacıyev istefa ərizəsini geri götürməklə bağlı AMEA prezidentinə yazılı müraciət edib

Tofiq Hacıyev istefa ərizəsini geri götürməklə bağlı AMEA prezidentinə yazılı müraciət edib "İstefa verdiyim barədə həmin ərizəni geri götürürəm"
Elm və təhsil
28 Avqust , 2015 15:52
Tofiq Hacıyev istefa ərizəsini geri götürməklə bağlı AMEA prezidentinə yazılı müraciət edib

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verməsi ilə bağlı yazdığı ərizəni geri götürməklə bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə yazılı müraciət edib. 

Tofiq Hacıyev "Report"a açıqlamasında bildirib ki, istefa ərizəsini geri götürməsi ilə bağlı müraciətini AMEA prezidentinə göndərib.

T.Hacıyevin AMEA prezidenti A.Əlizadəyə yazdığı ikinci ərizədə deyilir: "Məzuniyyət müddətimin qurtardığı gündən (04.09.2015) mənimlə əmək müqaviləsinin ləğv edilməsi (istefa) barədə 23.07.2015-ci il tarixdə Sizə ərizə ilə müraciət etmişdim.

Əmək Məcəlləsinin 69-cu (“Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası”) maddəsinin 6-cı bəndinə istinadən əmək müqaviləsinin ləğv edilməsi (istefa) barədə verdiyim həmin ərizəni geri götürürəm. Bunu nəzərə almağınızı xahiş edirəm". 

Son xəbərlər

Orphus sistemi