Yuxarı

Təhsil Nazirliyi universitetləri təhsil haqqını aşağı salmağa çağırıb

Lakin nazirlik bunu heç bir ali təhsil müəssisələrindən tələb yox, ancaq tövsiyə edə bilər

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə tövsiyəmiz ondan ibarətdir ki, tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq baxımından təhsil haqlarını yüksək etməsinlər". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir: "Lakin nazirlik bunu heç bir ali təhsil müəssisələrindən tələb yox, ancaq tövsiyə edə bilər".

Nazir müavini qeyd edib ki, bu gün heç bir yerdə ödənişsiz təhsil yoxdur, çünki təhsilin hamısı ödənişlidir: "Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət isə ödənilən təhsil haqlarının qiymətlərini tənzimləyir. Eyni zamanda, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir. Bu məsələdə dövlətin hər hansı bir tənzimləmə mexanizmi hələlik mövcud deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi