Yuxarı

Təhsil idarəsi: Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb

2014-2015-ci dərs ilində I sinfə 41 946 nəfər şagird qəbul olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. "Report" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin son bir illik fəaliyyətinə dair hesabatında bildirilib.

"Belə ki, 2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarımızın həm sayı, həm də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə) artaraq (müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397 nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər) 46.88%-dən 51,31%-dək artıb", - deyə hesabatda qeyd edilib.

Eksternat imtahanının nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.

2014-2015-ci dərs ilində I sinfə 41 946 nəfər şagird qəbul olunub və 1 557 sinif açılıb. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədə bu il 3434 nəfər iştirak edib. Müsahibələrdə iştirak edən uşaqların 1 893 nəfəri I sinfə qəbul olub, 1 541 nəfəri isə müsahibədən keçə bilməyib.

Ötən il Təhsil Nazirliyi direktorlar və direktor olmaq istəyən şəxslər üçün elan etdiyi təlimlərdə uğur qazanan namizədlərdən 15 nəfər direktor və digərləri direktor müavini kimi təyinat alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi