Tərcümə Mərkəzində qeydiyyatdan keçmək üçün sənəd verən tərcüməçilərin sayı açıqlanıb

Tərcümə Mərkəzində qeydiyyatdan keçmək üçün sənəd verən tərcüməçilərin sayı açıqlanıb Müraciət edənlər arasında ingilis dilindən olan tərcüməçilər üstünlük təşkil edir
Elm və təhsil
2 Fevral , 2016 17:26
Tərcümə Mərkəzində qeydiyyatdan keçmək üçün sənəd verən tərcüməçilərin sayı açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində qeydiyyatdan keçmək üçün 200-ə yaxın tərcüməçi sənəd təqdim edib.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib. 

Mərkəzdən bildirilib ki, Azərbaycanda tərcüməçilərin məlumat reyestrini hazırlamaq üçün sənədlərin qəbulu bir müddət də davam etdiriləcək. Sənəd qəbulu başa çatdıqdan sonra tərcüməçilər qeydiyyata alınacaq.

Mərkəzə indiyə kimi Azərbaycan dili üzrə 16, ingilis dili üzrə 67, rus dili üzrə 22, alman dili ilə üzrə 11, türk dili üzrə 16, ərəb dili üzrə 12, fars dili üzrə 11, ispan/portuqal dilləri üzrə 14 tərcüməçi sənəd təqdim edib.

Bundan başqa, qeydiyyatdan keçmək üçün İndoneziya, malay, yapon, polyak, Ukrayna, holland, ibri, yunan, italyan, çex və fransız dilləri üzrə də tərcüməçilər sənəd təqdim ediblər. 

Son xəbərlər

Orphus sistemi