Təranə Şükürlü: "Reklamların və iaşə adlarının monitorinqi açıq müzakirəyə çıxarılmalıdır"

Təranə Şükürlü: "Reklamların və iaşə adlarının monitorinqi açıq müzakirəyə çıxarılmalıdır" Bakı. 26 noyabr. REPORT.AZ/ “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını genişləndirəcək.
Elm və təhsil
26 Noyabr , 2018 16:50
Təranə Şükürlü: Reklamların və iaşə adlarının monitorinqi açıq müzakirəyə çıxarılmalıdır

Bakı. 26 noyabr. REPORT.AZ/ “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını genişləndirəcək".

"Report" xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

O bildirib ki, bu gün müxtəlif xəbərlərlə insanları bir-birinə yaxınlaşdıran KİV-də nitqin düzgünlüyü, dəqiqliyi, münasibliyi və aydınlığına əməl olunması vacib məsələlərdən biridir: "Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar var. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtiual reklamlarda insanların ixtiyarındadır. Çünki bu cür mətnlər mürəkkəb deyil, sadə hesab olunur. Bu gün hər bir şəxsin istənilən informasiyaya qoşulmaq üçün geniş imkanları vardır. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir. İnformasiyanın təhlilinə mətnlərin, dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış edərək yanaşmaq lazımdır. Monitorinqlər zamanı təhlilə cəlb olunan materiallarda etik normalar da diqqətdə saxlanılsa məqsədəuyğun olar. İnsanın intellektual fəaliyyətinin əsas vasitəsi nitqdir. Nitq vasitəsilə insanlar bir-biriləri ilə informasiya mübadiləsi edir, məlumat çatdırır. Xəbər və xəbərdəntörəmə, səhər proqramlarında Azərbaycan dilinin müasir vəziyyəti, Azərbaycan ədəbi dilinin təbliği ilə bağlı mövzulara geniş yer verilir. Bu proqramlar məlumatı yönləndirməklə, auditoriyaya çatdırmaqla yanaşı nitqin düzgünlüyünə, dəqiqliyinə və münasibliyinə də əməl edirlər".

T.Şükürlünün sözlərinə görə, ədəbi dilin normalarının inkişafına kömək edən monitorinqlər özündə bir sıra funksiyalar ehtiva edir: "Məlumatlandırma funksiyaya görə, monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır. Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər) seçilməli, müəyyən təcrübə keçməlidir. Monitorinqin nəticələri statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə şəklində çap olunmalıdır. Monitorinq aparan ekspertlərin, dilçilərin rəyləri müqayisə olunmalıdır. Reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin məqsədəuyğunluğu və dövlət standartlarına cavab verməsini müəyyənləşdirməlidir. Maarifləndirmə funksiyasına görə, monitorinqin nəticələri maarifləndirmə funksiyası daşımalıdır. Moniorinqin nəticələri hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır. Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir".

Son xəbərlər

Orphus sistemi