Təranə Şükürlü: “Monitorinq Mərkəzi KİV-də ədəbi dil normaları pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək”

Təranə Şükürlü: “Monitorinq Mərkəzi KİV-də ədəbi dil normaları pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək” Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması” sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Əsrlər boyu Azərbaycan xalqını xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və s. ənənələrimiz olub. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub.
Elm və təhsil
14 Noyabr , 2018 18:38
Təranə Şükürlü: “Monitorinq Mərkəzi KİV-də ədəbi dil normaları pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək”

Bakı. 14 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması” sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Əsrlər boyu Azərbaycan xalqını xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və s. ənənələrimiz olub. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub.

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zəninləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha zənginləşir, müasir, analitik düşüncənin dilinə çevrilir”.

Bunu “Report”a AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü deyib.

O bildirib ki, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı Dövlət Dil Komissiyasının yanında “Monitorinq Mərkəzinin yaradılması” sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bu sənəd dil quruculuğu ilə bağlıdır, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış addımlardan biridir. Monitorinq dil prosesinin davamlı şəkildə izlənilməsi, vəziyyətin qiymətləndirilməsi və inkişaf xüsusiyyətlərinin sistemləşdirilməsi deməkdir. Monitorinq Mərkəzi Azərbaycan dilindən düzgün istifadə qaydalarına hər bir vətəndaşın məsuliyyətlə yanaşması məsələsini tənzimləyəcək. Ədəbi dilin normaları kütləvi xarakterdədir. Hamı tərəfindən anlaşılan bu normalar dil ünsiyyəti üçün yaradılır. Dilin normalarına əməl etmək peşəkarlığın nəticəsidir. Norma dili xarakterizə edən, eyni zamanda ədəbi dili sistemləşdirən kateqoriyadır”.

T.Şükürlü deyib ki, Prezidentin fərmanı həm də nitq mədəniyyəti məsələlərinin həllinə və onun inkişaf imkanlarının açılması istiqamətinə yönəlmiş vacib sənəddir: “Ədəbi dil normalarının təbliğində və nitq mədəniyyəti problemlərinin həllində televiziyanın rolu böyükdür. Televiziyada və radio dalğalarında sözün təsir qüvvəsi, estetik vəzifəsi bütün şifahi təbliğat vasitələrindən öz üstünlüyü ilə seçilir.

Bu gün Kütləvi İnformasiya Vasitələrinin cəmiyyətdə rolu artdıqca, Azərbaycan dilinin işləkliyi gücləndikcə monitorinqlərin aparılmasına təlabat var.

Monitorinq Mərkəzi televiziyada yayımlanan verilişlərdə, radioda , elektron mətbuatda, reklamların dilində ədəbi dil normalarının gözlənilməsi ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilini, norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək.

Monitorinqlərin keçirilməsi müxtəlif prinsiplərə əsaslanmalıdır. Həmin prinsiplər aşağıdakılardır:

1. ƏhatəlilikMonitorinqə cəlb olunan materiallar bütün sahələri əhatə etməli, təhlilə cəlb olunan materialların bölgüsünə diqqət yetirilməlidir.

2. Uyğunluq. Monitorinqlər qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun aparılmalıdır.

3. Obyektivlik. Çıxarılan nəticələr real faktlara əsaslandırılmalıdır.

4. Davamlılıq. Monitorinqlər ardıcıl olaraq kəmiyyət və keyfiyyət dinamikası izlənilməklə aparılmalıdır.

Xalqın milli sərvəti olan dil həm də milli dövlətçiliyin rəmzidir və bu baxımdan onun qayda və normalarını qorumaq hər bir vətəndaşın borcudur”.

Son xəbərlər

Orphus sistemi