"Təmiz Şəhər" ASC tələbələr arasında keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb

"Təmiz Şəhər" ASC tələbələr arasında keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb Ən yaxşı 3 inşanın müəlliflərinə pul mükafatları verilib
Elm və təhsil
18 Mart , 2016 14:16
Təmiz Şəhər ASC tələbələr arasında keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb

Bakı. 18 mart. REPORT.AZ/ "Təmiz Şəhər" ASC-nin "ADA" Universitetinin Xəzər-Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum olub. "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, universitetdə keçirilən tədbirdə ən yaxşı 3 essenin müəllifi mükafatlandırılıb.

“Green Soulitions” (“Yaşıl Həllər”) adlı müsabiqəyə qatılmaq üçün tələbələr “Yaşıl düşüncə nədir?”, “XXI əsrin ekologiyasına kömək”, “Ətraf mühitin sağlamlığı kimdən asılıdır?”, “Özündən başla – yaşıla keç”, “Tullantıların çeşidlənməsi, evdən başla” və ya “Ekologiya və biz. Kömək vaxtı” mövzularından hər hansı birində esse yazmalı idilər. Yazılar 2015-ci il dekabrın 1-dən fevralın 20-dək qəbul olunurdu.

Son təhvil tarixindən sonra “Təmiz Şəhər”in və Xəzər – Enerji və Ətraf Mühit Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti esseləri oxuyub və qiymətləndirib. Ən yaxşı 3 inşanın müəlliflərinə pul mükafatları verilib.

Mükafatlandırma tədbirində çıxış edən “Təmiz Şəhər” ASC-in idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov bildirib ki, səhmdar cəmiyyət bu müsabiqə ilə tələbələrdə ətraf mühitin qorunması, tullantıların idarə olunması məsələlərində diqqət yaratmağa çalışıb: “Bu, tələbələr üçün bir stimul oldu, esse yazarkən araşdırmalar edib və sahəni daha dərindən öyrəniblər”.

“Təmiz Şəhər” bir çox təhsil müəssisələri ilə gənclərin tullantıların idarə olunmasında bilgilərinin və iştirak səviyyələrinin artırılması istiqamətində əməkdaşlıqlar edir. 

Son xəbərlər

Orphus sistemi