Yuxarı
    Bağlamaq

    ​BANM-in tələbələrinə təhlükəsizlik təlimi keçirilir

    Tələbələrə ilkin tibbi yardımın göstərilməsi və yanğınların söndürülməsi öyrədilir

    Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində (DİHMÜTM) 10 günlük təhlükəsizlik təlimləri başlayıb. Bu barədə "Report"a Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsidən məlumat verilib.

    Tələbələrə “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu üzrə nəzəri dərslər, o cümlədən Hovuz Təlim Kompleksində “Sağqalma” üzrə və Yanğın Təlim Poliqonunda “Yanğın” üzrə praktiki təlimlər keçirilir. Təlimlərdə BANM-in 4 qrup üzrə ayrılmış 115 nəfər tələbəsi iştirak edir. DİHMÜTM-də tələbələr Beynəlxalq Dəniz Təşkilatının (İMO) müvafiq Beynəlxalq Konvensiyalarının (STCW-78, SOLAS-74/78), Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)) tələblərinə uyğun təşkil olunan təlimlərdə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlarla tanış olurlar. Dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, xilasedici jiletlərdən, dairələrdən, hidrotermokostyumlardan, istilikqoruyucu vasitələrdən, xilasedici qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işləyərkən bütün təhlükə anlarına hazır olmalarına və təcrübəli kadr kimi yetişmələrinə kömək edəcək.

    Onlara Hovuz Təlim Kompleksində “Sağqalma” üzrə xilasedici qayıq haqqında ilkin təlimat, qayığa minmə və suya endirmə, 1 metrlik tranplindən suya tullanma, suda zəncirvari və dairəvi fiqurların yaradılması, xilasedici sala minmə və salda yerləşmə, xilasedici saldan suya çıxma, xilasedici qayığın hazırlanması və endirilməsi, həyəcan siqnalı ilə insanların təxliyəsi və xilasedici qayığa minmə qaydası, üzərək vertolyot bucurğadına çatma və helikopter kabinasına qalxma, eyni zamanda, Yanğın Təlim Poliqonunda “Yanğın” üzrə Tüstü Trenajorunda təlim, zərərçəkənin təxliyəsi və ona ilkin tibbi yardımın göstərilməsi və yanğınların söndürülməsi öyrədilir.

    Qeyd edək ki, BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində həyata keçirilən təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində həyata keçirilir.

    Təlimlərin yekununda BANM-in tələbələrinə dünyanın 171 ölkəsi tərəfindən tanınan Beynəlxalq Dəniz Təşkilatının (İMO) müvafiq Beynəlxalq Konvensiyalarının (STCW-78, SOLAS-74/78), Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)) tələblərinə uyğun sertifikatlar təqdim ediləcək. Əldə etdikləri bu sertifikatlar gələcəkdə BANM-in məzunlarının karyera həyatında vacib rol oynayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi