"Tələbələr arasında intellekt olimpiadası"nın qalibi məlum olub

"Tələbələr arasında intellekt olimpiadası"nın qalibi məlum olub LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə Tələbələr arasında intellekt olimpiadası layihəsinin mükaftalandırma mərasimi keçirilib.
Elm və təhsil
17 İyun , 2019 13:31
Tələbələr arasında intellekt olimpiadasının qalibi məlum olub

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub. 

Mərasim Azərbaycan bayrağını özündə ehtiva edən rəqqasların rəqsi ilə başlayıb. Rəqs bitdikdən sonra himn səsləndirilib. 

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ulu öndərin gənclərə verdiyi diqqətdən bəhs edib. 

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bugünkü və sabahkı Azərbaycan gəncliyindən söhbət açıb, intellektual gənclərin ölkədə böyük bir orduya sahib olduğunu vurğulayıb. 

Azərbaycan Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov bu gün gənclərin sağlam gələcək uğrunda birləşməsini, bu cür intellektual oyunlarda bir araya gəlməsini böyük hadisə adlandırıb.

Daha sonra layihənin icraçı direktoru Xəyal İbrahimzadə danışıb. Qeyd olunub ki, ümumilikdə, layihəyə 23 universitetdən 10 254 nəfər qatılıb, bunlardan 450 nəfəri finala vəsiqə qazanıb. 

Qonaqların təbriklərindən sonra mükafatlandırma mərasimi başlayıb. 300 nəfərə endirim kuponları, sertifikatlar və kitablar hədiyyə olunub. İlk 100 yerin qalibləri isə sponsorlardan aşağıdakı hədiyyələri qazanıblar.

"Baku Elektroniks"dən 20 nəfərə poverbank, "İrşad Telekom"dan 20 nəfərə Honor bandlar, "İSMA BİKES"dən 2 ədəd velosiped, Nizami Kino Mərkəzindən 30 nəfərə kinoya bilet, "Boranı" restoranlar şəbəkəsindən 20 nəfərə şam yeməyi, AAAF SPA-dan 20 nəfərə endirim kuponları, "Bizon Energy"dən hər kəsə pulsuz enerji içkiləri verilib. "Şərq-Qərb" nəşriyyat evindən 150 ədəd, "Qanun" nəşriyyatından 70 və "Parlaq İmzalar" nəşriyyatından 20 ədəd kitab hədiyyə olunub.

Bundan başqa, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 30-100% endirim qazanıblar.

Layihədə birinci yeri Xəzər Universitetinin I kurs tələbəsi Tamerlan Abdullayev tutub. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qalibin mükafatlarını təqdim edib. Qalib "Baku Elektroniks"dən Notebook, "İrşad Telekom"dan Honor 10 lite smartfonu, "Şərq-Qərb" nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet, LEAD Educationdan Platinium kuponunu qazanıb. Ağdaş rayonundan olan bu gəncə rayon icra hakimiyyəti tərəfindən xüsusi hədiyyə də təqdim olunub.

İkinci yerə Cəbrayıl rayon sakini, ADA universitetin I kurs tələbəsi Elvin Quluzadə layiq görülüb. Ona mükafatları YAP Gənclər Birliyinin sədri Seymur Orucov və "İSMA BİKES"nin rəsmi nümayəndəsi təqdim edib. Qalibə "İSMA BİKES"dən İSMA Sport velosipedi, "Baku Elektroniks"dən planşet, LEAD Educationdan Platinium kuponu, "Qanun" nəşriyyat evindən kitablar hədiyyə olunub.

Üçüncü yeri isə BANM-in tələbəsi Əsədullah Camalov tutub. Onu ATGTİ-nin sədri Faiq Məmmədov mükafatlandırıb. Qalibə "İSMA BİKES"dən İSMA Strong velosipedi, LEAD Educationdan Platinium kuponu, "Parlaq İmzalar" nəşriyyatından kitablar verilib.

Sonda finalçılarla xatirə şəkli çəkilib. 

Son xəbərlər

Orphus sistemi