“Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

“Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib Tədbirdə təhsil naziri, ali təhsil müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq təhsil ekspertləri iştirak ediblər
Elm və təhsil
2 Dekabr , 2016 13:16
“Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report"un məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq təhsil ekspertləri, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransın məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sisteminin qarşısında duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşamaların əhəmiyyətindən və akkreditasiyanın rolundan danışıb.

Konfransın plenar hissəsində “Avropa və MDB ölkələrində təhsildə keyfiyyətin təminat sisteminin yenidən qurulmasının çətinlikləri və öyrənilmiş dərslər” mövzusunda xarici akkreditasiya qurumlarının rəhbərlərinin məruzələri dinlənilib.

Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına ilk dəfə 2004-cü ildə başlanılıb. Bununla bağlı 2 dəfə - 2004-cü və 2010-cu illərdə tənzimləyici qaydalar qəbul olunub. Hökumətin qərarı ilə 1 il bundan əvvəl (2015-ci noyabrın 18-də) Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. İdarənin formalaşdırılması ilə paralel tənzimləyici sənədlər üzərində də işə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi