Yuxarı
    Bağlamaq

    Təhsildə inkişaf və innovasiyalar üzrə dəstəklənən 32 layihənin icrası yekunlaşıb

    Bakı. 27 dekabr. REPORT.AZ/ Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrası yekunlaşıb.

    Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    İdarənin tabeliyindəki məktəblərdə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilib.

    Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra edilən layihələr çərçivəsində şagirdlərlə müəllimlərin bilik və bacarıqlarının artırılması, innovativ qiymətləndirmə, metodik iş sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı maarifləndirici tədbir, konfrans, seminar, təlim və yarışlar keçirilib. Həmçinin, istedadlı məktəblilər üzə çıxarılıb, təhsil müəssisələri arasında əməkdaşlıq qurulub, bölgələrə səfərlər təşkil edilib.

    Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

    Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb. Müsabiqə çərçivəsində 10 mövzu üzrə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi