Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyinin yeni yaratdığı studiya media nümayəndələrinə təqdim olunub - FOTO

    Yeni fəaliyyətə başlayan onlayn Təhsil televiziyasının verilişləri bu studiyada çəkilir

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə yeni yaratdığı studiya media nümayəndələrinə təqdim olunub. "Report" xəbər verir ki, nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov yeni fəaliyyətə başlayan onlayn "Təhsil" televiziyasının verilişlərinin bu studiyada hazırlandığını bildirib.

    Onun sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq yaradılan "Təhsil" televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına xidmət edir: "Hazırda "Təhsil" televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi "Facebook" səhifəsində və qurumun "Youtube" kanalında yayımlanır".

    Sektor müdiri qeyd edib ki, məktəblilər üçün "Brainiest" intellektual oyunu çərçivəsində bu gün AzTV-də yayımlanacaq "Əlaçı" verilişi də bu məqsədə xidmət edir: "Verilişin əsas tərəfdaşı Təhsil Nazirliyidir. Verilişdə ölkənin müxtəlif bölgələrindən olan məktəblilər iştirak edəcək. Eyni zamanda, bu ilin martından beynəlxalq "Jeopardy" intellektual oyun-viktorinanın lisenziyası əsasında "61" verilişi də məhz Azərbaycanda yayımlanır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi