Yuxarı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçiriləcək

Bayraq yürüşünün Azneft meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur

Bakı. 5 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq yürüşü" keçirəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Məlumata görə, noyabrın 7-də saat 11:00-da başlayacaq yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, deputatlar, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

"Bayraq yürüşü"nün "Azneft" meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi