Təhsil Nazirliyinin təbiət fənləri üzrə keçirdiyi müsabiqəyə 86 iş təqdim edilib

Təhsil Nazirliyinin təbiət fənləri üzrə keçirdiyi müsabiqəyə 86 iş təqdim edilib Müsabiqəyə qəbul edilən işlərin 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə olub
Elm və təhsil
10 Fevral , 2016 11:24
Təhsil Nazirliyinin təbiət fənləri üzrə keçirdiyi müsabiqəyə 86 iş təqdim edilib

Bakı. 10 fevral. REPORT.AZ/ "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I mərhələsi başa çatıb. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ilk dəfə keçirilən müsabiqənin əsas məqsədi təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdən ibarətdir.

Təhsil Nazirliyi və "Edumedia" MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan 3-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Yekun olaraq müsabiqəyə qəbul edilən işlərin 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə olub.

Layihələr ikinci mərhələdə müəyyən olunan meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları fevralın 16-sı elan ediləcək.

Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi