Yuxarı

Təhsil Nazirliyinin qəbul portalının təqdimatı keçirilib

Tədbirdə portalın yaradılmasının məqsədləri də açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Təhsil Nazirliyinin qəbul portalının təqdimatı keçirilib. "Report" xəbər verir ki, portalın yaradılmasında məqsəd nazirliyə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətin yüksəldilməsidir.

Portal barədə məlumat verən nazirliyin İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov bildirib ki, portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması, eləcə də vətəndaş məmnunluğunun öyrənilməsini təşkil edir: "Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil ediləcək və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanacaq".

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, qəbul portalının yaradılması Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında" fərmanından və "Vətəndaşların müraciətləri haqqında" qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədilərinə xidmət edir".

Portaldan istifadəni təmin etmək üçün aidiyyəti əməkdaşlar üçün təlimlər keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi