ADU-da nazir müavini etirazçı tələbələrlə görüşüb - YENİLƏNİB

ADU-da nazir müavini etirazçı tələbələrlə görüşüb - YENİLƏNİB Rektor görüşə qatılmayıb
Elm və təhsil
30 May , 2017 14:54
ADU-da nazir müavini etirazçı tələbələrlə görüşüb - YENİLƏNİB

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahan formasının bərpasına etiraz edən tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramovun görüşü keçirilib.

“Report” xəbər verir ki, ADU-nun rektor əvəzi Əfqan Abdullayevin iştirak etmədiyi görüşdə nazir müavini bir neçə tələbənin tövsiyələrini dinləyib. O qeyd edib ki, tələbələrin təklifləri ADU-nun Elmi Şurasına veriləcək: “Sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq”.

*** saat 13:59

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub".

ADU-nun mətbuat xidmətindən "Report"a bildirilib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.

Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.

Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.

Son xəbərlər

Orphus sistemi