Yuxarı

Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib

Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib.

"Report"un xəbərinə görə, Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, kollegiya üzvlərinin siyahısına nazir müavini Mətin Eynullayevin adı əlavə edilib.

Fariz Rzayevin (nazirliyin Aparat rəhbəri) də adı kollegiyaya üzvlərinin siyahısına əlavə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi