Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib

Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib Bakı. 21 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Elm və təhsil
21 İyul , 2018 01:00
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib

Bakı. 21 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən təhsil naziri Ceyhun Bayramov kollegiyanın sədri təyin edilib. Təhsil nazirinin müavinləri – Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev kollegiyanın üzvləri təyin ediliblər. 

Son xəbərlər

Orphus sistemi