Təhsil Nazirliyinin internet televiziyası fəaliyyətə başlayır

Təhsil Nazirliyinin internet televiziyası fəaliyyətə başlayır "Təhsil TV"nin fəaliyyətinə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr də cəlb olunacaq
Elm və təhsil
19 May , 2015 11:05
Təhsil Nazirliyinin internet televiziyası fəaliyyətə başlayır

Bakı. 19 may. REPORT.AZ/ "Təhsil Nazirliyində yeni studiya yaradılıb və bu günlərdə istifadəyə veriləcək. Ümid edirik ki, Təhsil Nazirliyi bu studiya ilə həm təhsilin, həm də medianın inkişafına töhfə verəcək". "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunan "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda təlim-konfransda nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.

O bildirib ki, nazirliyin yeni studiyası "Təhsil TV" internet televiziyası üçün nəzərdə tutulub: "Burada ancaq təhsillə bağlı xəbərlər, verilişlər olacaq".
C.Valehovun sözlərinə görə, növbəti tədris ilində "Təhsil TV"nin fəaliyyətinə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr də cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi