Təhsil Nazirliyinin Aparat rəhbəri yeni vəzifəyə təyin olunub

Təhsil Nazirliyinin Aparat rəhbəri yeni vəzifəyə təyin olunub Hazırda onun yeri vakantdır
Elm və təhsil
12 İyun , 2017 10:08
Təhsil Nazirliyinin Aparat rəhbəri yeni vəzifəyə təyin olunub
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - deyə, C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi