Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib

Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib Bakı. 30 avqust. REPORT.AZ/ Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib.
Elm və təhsil
30 Avqust , 2018 14:54
Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib. 

"Report"un məlumatına görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Vüqar Ənvər oğlu Muradov 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin olunub. 

Qeyd edək ki, Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzi Şəmkir rayonunda yerləşir. 

Xatırladaq ki, V.Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi