Yuxarı

Təhsil Nazirliyinə daxil olan ərizələrin sayı açıqlanıb

Cari ildə təhsil naziri 607 vətəndaşı qəbul edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Cari ildə Azərbaycan Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 58 752 zəng daxil olub. Bu da keçən illə müqayisədə 4,5 dəfə çoxdur. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda o da qeyd olunub ki, Vətəndaşların Qəbulu Mərkəzində 55 624 vətəndaşa xidmət göstərilib, kommutator xidmətinə isə 35 minə yaxın zəng daxil olub.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 11848 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzinə 13 359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənədlər) qəbul olunub.

2014-cü il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri 607 vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi