Təhsil Nazirliyində sturuktur dəyişikliyi edilib

Təhsil Nazirliyində sturuktur dəyişikliyi edilib Xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub
Elm və təhsil
7 İyul , 2015 12:08
Təhsil Nazirliyində sturuktur dəyişikliyi edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, məqsəd xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsidir.

Əmrə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək Xüsusi təhsil şöbəsi adlandırılacaq.

Həmçinin, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə veriləcək. 

Eyni zamanda, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.

Bundan başqa, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevaya tapşırılıb ki, 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.

Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi