Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyində çalışan qadınların sayı açıqlanıb

    İdarə rəisi: “Orta ixtisas təhsili müəssisəsində 21 direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru qadındır”

    Bakı. 25 oktyabr. REPORT.AZ/ “Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrin rəhbərlərinin əksəriyyəti qadınlardır”.

    “Report”un xəbərinə görə, bunu nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

    Onun sözlərinə görə, 4 ali təhsil müəssisəsinin rektoru qadındır: "Universitetlərdən 12-nin prorektorlarından biri, 7 orta ixtisas təhsili müəssisəsinin direktoru xanımlardır. Bundan başqa, orta ixtisas təhsili müəssisəsində 21-nin direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru, 16 direktor müavini, 1202 (26,5 %) məktəb direktoru qadındır".

    Nazirlik rəsmisi qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31 779 nəfərdən 23 411-i qadın olub, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin ediliblər.

    Elm sahəsində də qadınların sayının ilbəil artdığını vurğulayan M.Hacıyeva bildirib ki, hazırda 2 070 doktorantdan 1 052 nəfəri qadındır: “Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan qadınların sayı isə 57 nəfərdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi