Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

    Sonda 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı film nümayiş olunub

    Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

    Tədbirdə Təhsil Nazirliyi Mərkəzi Aparatının işçiləri və tarixçi-ekspertlər iştirak edib.

    Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Təhsil nazirinin müavini Firudin Qurbanov 25 il öncə Bakı şəhərində və ölkənin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

    Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranıb. Həmin zaman ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.

    Tədbirdə daha sonra çıxış edənlər həmin faciəni doğuran səbəblər barədə danışıblar.

    Sonda 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı film nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi