Təhsil Nazirliyi yanan binada yaşayan şagirdlərlə bağlı qərarını açıqlayıb

Təhsil Nazirliyi yanan binada yaşayan şagirdlərlə bağlı qərarını açıqlayıb Şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər
Elm və təhsil
22 May , 2015 13:06
Təhsil Nazirliyi yanan binada yaşayan şagirdlərlə bağlı qərarını açıqlayıb

Bakı. 22 may. REPORT.AZ/ Təhsil Nazirliyi Binəqədi rayonunda yanan binada yaşayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən "Report"a verilən məlumata görə, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilən qərargaha təqdim olunub.

Bu siyahıda adları olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər. Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.

Həmçinin vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərargaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər.

Son xəbərlər

Orphus sistemi